İcra hakimiyyəti Milli Məclisin qəbul etdiyi qanunları icra edir. İcraedici hakimiyyəti Prezident, Nazirlər Kabineti həyata keçirir.
Məhkəmə hakimiyyətini məhkəmələr yerinə yetirir. Məhkəmələr vətəndaşların hüquq və mənafeyini qoruyur.
Ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də fəaliyyət göstərir. Konstitusiya Məhkəməsi qanunların, qərarların və digər hüquqi sənədlərin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunu yoxlayır.