|
|
|
Azərbaycan Respublikasında qəbul edilən qanunlar nəyə əsaslanır? |
Konstitusiya dövlətin ali qanunudur. Ölkədə qəbul
edilən Azərbaycan Respublikasının ədalətli cəmiyyət qurmaq niyyətlərini, vətəndaşların hüquq və azadlıqlarını əks etdirən Konstitusiyası vardır. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi yalnız referendumla həll oluna bilər. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səs verməsi (referendum) ilə qəbul olunmuşdur. |
“Konstitusiya” latın sözü
olub, “quruluş” deməkdir.
Referendum – xüsusi
əhəmiyyətli dövlət
məsələlərinin həlli üçün
ümumxalq sorğusu
|
Konstitusiyada göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin başçısıdır. Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Prezident Azərbaycan xalqını ölkənin daxilində və xaricində təmsil edir. Azərbaycan demokratik ölkədir. Demokratik ölkələrdə dövlət başçısı seçilərkən hər bir vətəndaş inandığı namizədə səs verir. Azərbaycan Prezidenti xalq tərəfindən seçildikdən sonra ölkənin Konstitusiyasında yazılanların təminatçısı olacağına and içir. |
|
Konstitusiyaya görə, Azərbaycan Respublikasında dövlət hakimiyyəti üç yerə bölünür. Bunlar qanunverici, icraedici və məhkəmə hakimiyyətləridir.
Milli Məclis qanunverici hakimiyyətdir. Milli Məclisin əsas funksiyası insanların hüquq və azadlıqlarını nəzərə alan və cəmiyyət həyatını tənzimləyən qanunlar yaratmaqdır.