|
MARAQLIDIR
|
Heyvanlar aləminin də həyatında müəyyən
nizam-intizam var.
Arı ailəsində işçi arılar pətəyi təmizləyir, şanı hörür, nektar və çiçək tozu toplayır. Onlar, həmçinin yuvanı düşmənlərdən qoruyur, yumurta qoyan ana arını yedirir, işləmək istəməyən arını pətəkdən qovur və başqa işləri görürlər. |
Canavarlar bir neçə ailədən ibarət sürülərlə yaşayırlar. Canavar ailələri möhkəm olur. Sürüdə hərənin öz yeri var: yaşlı, cavan və kiçik üzvlər bir-birinin yerini bilir. Balaların yedizdirilməsində sürüdəki bütün canavarlar iştirak edir. |
Pinqvinlərin də həyat tərzi çox maraqlıdır. Pinqvinlər yumurtadan təzə çıxanda valideynlərindən biri onların yanında qalır, digəri yemək dalınca gedir. Balalar bir az böyüyəndən sonra valideynləri onları pinqvin balalarının toplaşdığı “uşaq bağçasına” verib yem dalınca yollanırlar. Heyvanlar aləmində belə maraqlı faktlar çoxdur. Heyvanlar aləmində olan nizamla insan cəmiyyətindəki qanunlar arasında fərq var. İnsan cəmiyyətinin həyatından fərqli olaraq heyvanların həyatı instinktlərə əsaslanır. |