1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandı. Bu, Azərbaycan adı ilə tanınan ilk dövlət idi. Azərbaycanın ilk parlamenti və hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bugünkü dövlət rəmzlərimiz yaradıldı, ana dilimiz dövlət dili elan edildi. Azərbaycan adlı dövlətin ərazi bütövlüyü dünya dövlətləri tərəfindən tanındı, sərhədlərinin toxunulmazlığı qəbul edildi. Azərbaycan dövlətinin yaranması Azərbaycan xalqı üçün taleyüklü bir hadisə idi, çünki hər bir xalq üçün dövlətinin olması olduqca əhəmiyyətlidir. Dövləti xalqın mənafeyini həm ölkə daxilində, həm də bütün dünyada qoruyur. Dövlətin daxili və xarici funksiyaları vardır.
Dövlətin daxili funksiyasına bunlar aiddir:
Dövlətin xarici funksiyasına aiddir:
|
|
Dövlət mövcud olmasa, bu vəzifələrin yerinə yetirilməsi mümkün olmur. Ona görə də hər bir xalq öz dövlətini qoruyub saxlamağa çalışır. Ölkəsini sevən hər bir vətəndaş öz qabiliyyət və imkanları daxilində dövlətinin şərəfini qoruyur.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində xalqımız Azərbaycan dövləti ətrafında sıx birləşdi. Xalq, dövlət, ordu birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Hazırda azad edilən torpaqların minalardan təmizlənməsi, dağıdılmış kənd və şəhərlərimizin yenidən qurulması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması dövlətin həyata keçirdiyi tədbirlər sayəsində həllini tapır.