|
I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün
dini etiqadlar qanun qarşısında bərabərdir.
III. ... Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı
pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. |
Anamın çox yaşlı bir babası var. Tez-tez ailəlikcə onu görməyə gedirik. Babamız oruc tutur, namaz qılır. Ramazan bayramında onu təbrik etmək üçün getmişdik. O, orucluq haqqında maraqlı söhbətlər etdi, dedi ki, Quran ilk dəfə bu ayda nazil olub. Qurana görə, Ramazan ayı bütünlüklə dualar və ibadət ayıdır. Biz də bu ayda ibadət və dualarla Allaha daha yaxın olmağa çalışırıq. Həyatın bəzi nemətlərindən qısa müddətə imtina etməklə onların dəyərini dərk edirik. Bu ay, həmçinin dünyada yeməyə və suya möhtac olan bir çox insanların duyğularını anlamağa kömək edir və mərhəmət hissi yaradır.
|
Dini bayramlar haqqında məlumat toplayın.
|