|
ƏLAVƏ OXU ÜÇÜN
|
Qurban bayramı haqqında rəvayətə görə, İbrahim peyğəmbər sonsuz itaətinə sübut olaraq oğlu İsmayılı Allaha qurban vermək istəyir. Rəhmli Allah qurbanlıq qoç göndərib ona oğlunu öldürməməyi buyurur. İbrahim peyğəmbər Allahın mərhəməti qarşısında çox sevinib şükür edir, qoçu kəsir, yoxsul insanlara paylayır. Ona görə də Qurban bayramına müsəlmanlar “İsmayıl qurbanı” da deyirlər. Bibliyada da buna bənzəyən rəvayət vardır. Orada Avraam oğlu İsaakı Allaha qurban vermək istəyir. Allah qurbanlıq qoç göndərib ona İsaakı həyatda saxlamağı buyurur. |
|
BİLİRSİNİZMİ?
|
Müsəlman ölkələrində dini mərasim və bayramlar Günəş təqvimi ilə yox, Ay təqvimi ilə keçirilir. Ay təqvimində ilin uzunluğu 354(5), Günəş təqvimində isə 365(6) gündür.
Azərbaycanda Günəş təqvimindən istifadə edildiyinə görə dini bayramlar hər il müxtəlif vaxtlara təsadüf edir.