Yazda qeyd olunan Pasxa xristianların ən böyük dini bayramıdır. Xristianlar Pasxa bayramı ərəfəsində qırx gündən çox oruc tuturlar. Bu ibadət zamanı onlar qəlb və bədənlərinin günahlardan təmizlənməsi üçün Allaha dualar edirlər. Oruc tutan xristianlar qida qəbulunu məhdudlaşdırır, bəzi qida məhsullarından isə imtina edirlər. Oruc tutulan günlərdə əylənmək, dalaşmaq, küsmək olmaz.
Yəhudilikdə də günahların bağışlanması üçün oruc tutulur. Bu ibadət zamanı yəhudilər bir sutka ərzində qida qəbul etmir, su içmir, yuyunmurlar. Yəhudi ənənələrinə görə bu mərasimdə hər bir yəhudi sinaqoqa gedib dua etməlidir. Yəhudilərin orucla bağlı digər ibadəti isti su ilə yuyunmağı, ət yeməyi, şərab içməyi yasaq edir.
|
Ramazan və Qurban
bayramlarının hansı
oxşar və fərqli cəhətləri var?
|
Müsəlmanların ikinci böyük bayramı Qurban bayramıdır. Qurban bayramında dünyanın hər yerindən müsəlmanlar Məkkəyə gedir, Kəbəni ziyarət edirlər. Onlar orada kütləvi şəkildə müxtəlif ibadətləri icra edir və qurban kəsirlər. Kəsilən qurbanlar ehtiyacı olan insanlara paylanılır. Məkkə ziyarətinə getməyən müsəlmanlar bayram günlərində qurban mərasimini yaşadıqları yerdə icra edirlər. Digər dini inanclarda qurbanla bağlı rəvayət olsa da, yalnız müsəlmanlar bu mərasimi böyük bayram kimi qeyd edirlər.
Dini bayramlar yalnız ibadət və dini mərasim olmayıb, həm də qardaşlığı və mənəvi həmrəyliyi gücləndirən vasitədir. Bayramlarda kimsə sizlərə, imkansızlara əl tutulur, valideynlərə, yaşlılara, habelə qohumlara baş çəkilir, küsülülər barışdırılır, uşaqlara, yaşlı valideynlərə hədiyyələr alınır.