Azərbaycan ərazisində həmişə müxtəlif dinlərə etiqad edən insanlar yaşamışlar. İndi Azərbaycanda tarixi abidə kimi qorunan Bakıdakı atəşpərəstlik məbədi, Kiş, Gəncəsər, Xudavəng alban xristian kilsələri, Şamaxıdakı Cümə məscidi həmin dövrlərin yadigarıdır. Quba rayonundakı Qırmızı Qəsəbədə yəhudilərə aid tarixi ibadət yerləri vardır. |
|
|
Keçmişdə Azərbaycan əhalisi hansı dinlərə etiqad etmişdir?
|
|
Azərbaycan ərazisində mövcud olan dinləri bir-birinə nə yaxınlaşdırır?
|
Qədim türklər tanrıçılıq dininə etiqad edirdilər. Onlar hər şeyin Göy Tanrının əlində olduğuna inanırdılar. Fəlakət baş verəndə onun qarşısını almaq üçün Göy Tanrıya qurban verirdilər. Tanrıçılıqda insanların yaşadığı dünya ilə yanaşı, göy və yeraltı dünyaların da olduğuna inam vardı. Başqa dinlər tərəfindən sıxışdırılıb aradan çıxarılsa da, tanrıçılığın bəzi əlamətləri dövrümüzə qədər gəlib çatmışdır. Gedənin arxasınca su atmaq, əlləri göyə açıb dua etmək tanrıçılıq adətlərinin izləridir.
|
Nə üçün
tanrıçılıq səmavi din sayılmır? |
Qədim dövrlərdə Azərbaycanda atəşpərəstlik dini də yayılmışdı. Günümüzədək gəlib çatan odla bağlı bəzi adətlər göstərir ki, qədim dövrdə Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olmuşdur.
Müasir dövrdə Azərbaycan əhalisi islam, xristian və yəhudi dinlərinə etiqad edir. Bu dinlərin hər birinin özünəməxsus ibadət və mərasimləri var. Bəzi mərasimlər isə müəyyən fərqlərlə hər üç dində yerinə yetirilir. Məsələn, oruc tutmaqla bağlı ibadət islam, xristian və yəhudi dinlərində müxtəlif şəkildə icra olunur.
Müsəlmanlar Ramazan ayında oruc tuturlar. Ramazan hicri təqvimindəki aylardan birinin adıdır. Ramazanda oruc tutan insanlar səhər yeməyini hələ hava işıqlanmamış yeyir, sonra gün batıb hava qaralana kimi yeməkdən və sudan imtina edirlər. Ramazan ayında səhər yeməyi sahur, axşam yeməyi isə iftar adlanır. Həm sahur, həm də iftar zamanı Allaha dualar oxunur. Bir ay ərzində hər günün öz duası olur.