|
Öz gələcəyiniz
barədə fikirlərinizi
kimlərlə
bölüşürsünüz ?
|
- Nə deyim ki?.. Valideynlərim hər şeyi özləri həll edirlər. Mənim fikrimi heç soruşmurlar.
Elə bu vaxt babam gəldi və mən onu Azərlə tanış etdim. Söhbətimiz haqqında babama danışdım. O dedi:
|
Siz hansı peşəyə
yiyələnmək
istəyirsiniz?
|
- Hər bir insanın gərək öz məqsədi olsun. Arzusu, məqsədi olmayan insan xoşbəxt ola bilməz. İnsan istəyinə çatanda özünü xoşbəxt hiss edir. Gözləmək lazım deyil ki, sənə aid işləri başqaları görsün. Çalışmalısan ki, həm öz işlərini görəsən, həm də ətrafındakı insanlara köməyin dəysin.
Babamla tanışlıq Azər üçün faydalı oldu. İndi artıq onun gələcək haqqında öz planları, arzuları var. Valideynləri ilə də bu barədə danışıb, onlara proqramçı olacağını deyib. İndi o, məqsədinə çatmaq üçün daha səylə çalışır.
|
Yüksək mənəvi keyfiyyətlərə malik olan tanıdığınız bir
şəxsin həyat yolunu təsvir edin. Onun mənəvi keyfiyyətlərinin
formalaşmasına təsir göstərən amiləri qeyd edin.
|