Kiçik yaşlarından ailəsinə kömək edən Zeynalabdin Tağıyev varlanandan sonra xeyriyyəçiliklə məşğul oldu, topladığı sərvətin bir hissəsini millətinin savadlanması və mədəniyyətinin yüksəlişi naminə sərf etdi.
|
BİLİRSİNİZMİ?
|
Əsrlərboyu Azərbaycanda, elə Türkiyənin özündə ərəb əlifbasından istifadə edilirdi. İndi istifadə etdiyimiz əlifba tətbiq olunana qədər ziyalılar onun uğrunda çox mübarizə aparmışlar. Bu mübarizənin başında M.F.Axundzadə dayanmışdır. Türk dili üçün latın əlifbası ideyasını ilk dəfə M.F.Axundzadə irəli sürmüş, özü əlifba layihəsi hazırlamışdır. Təəssüf ki, çox çalışsa da, o, layihəsini sağlığında həyata keçirə bilmədi. Bu ideya uzun illər sonra, XX əsrdə həyata keçdi.
Proqramçı — proqramlaşdırma
dillərindən və ya
müəyyən kodlaşmadan
istifadə etməklə kompüter
proqramları yazan şəxs
|
Bu gün sinif yoldaşım Azər bizə gəlmişdi. O dedi: – Valideynlərim istəyirlər ki, mən mütləq həkim olum. Mən isə proqramçı olmaq istəyirəm. – Sən arzun barədə valideynlərinə demisənmi? |