Sonralar M.F.Axundzadə Azərbaycanın görkəmli maarifçisi oldu, xalqını elmə, mədəniyyətə səslədi. O, Şərqdə ilk dəfə komediya yazaraq dramaturgiyanın əsasını qoydu, qiymətli əsərlər yaratdı.
Tanınmış neft milyonçusu Hacı Zeynalabdin Tağıyev Bakıda kasıb bir ailədə doğulmuşdu. Atası Tağı kişi İçərişəhərdə çəkməçilik edirdi. 10 yaşında olarkən ailəsinin çox çətin dolandığını görən Zeynalabdin atasından xahiş etdi ki, onu bir işə qoysun. Atası Zeynalabdini bənna yanına
O zaman Bakı dünyada neft şəhəri kimi məşhurlaşmışdı. Hətta uzaq ölkələrdən də insanlar gəlib burada torpaq sahəsi alır, neft çıxarmaq üçün quyu qazdırırdılar. Zeynalabdin də bir qədər pul toplayıb torpaq sahəsi aldı, neft quyusu qazdırdı. Bir gün quyudan neft fontan vurdu. Bundan sonra Zeynalabdin Tağıyev dövrünün tanınmış milyonçularından biri oldu.