|
|
|
İnsanın gələcəyinin formalaşmasına kimlər təsir edə bilər?
|
Əsas qəhrəmanlar
|
Kim kimə təsir etdi?
|
Təsirin nəticəsi necə
oldu?
|
Mirzə Fətəli Axundzadə nəinki Azərbaycanın, bütün Yaxın Şərqin tanınmış simalarından biridir. Valideynlərini erkən yaşda itirdiyi üçün onu yaxın qohumu Axund Hacı Ələsgər öz himayəsinə götürmüşdü. Axund Hacı Ələsgər Fətəlini dini məktəbə qoymuşdu. O özü ruhani idi, Fətəlinin də ruhani olmasını istəyirdi.
Fətəliyə xəttatlıq sənətini öyrədən müəllimi Mirzə Şəfi Vazeh bir dəfə ondan soruşdu: “Sən, doğrudanmı, ruhani olmaq istəyirsən?” Bu suala cavab vermək üçün Fətəli çox düşündü.