Maqnit sahəsinin yaratdığı qarşılıqlı təsir həm cazibə, həm də itələmə xarakterlidir. Yer kürəsi böyük maqnitdir. Kompas əqrəbinin şimal qütbü həmişə Yerin şimalına, cənub qütbü isə Yer kürəsinin cənubuna doğru yönəlir. Deməli, Yerin şimalında onun maqnit sahəsinin cənub qütbü, Yerin cənubunda isə onun maqnit sahəsinin şimal qütbü yerləşir.
Maqnit sahəsinin təsirinin müşahidəsi
Təchizat: düz maqnit, dəmir tozu, karton kağız.
Araşdırmanın gedişi:
1. Masa üzərindəki düz maqnitin səthini karton kağızla örtün.
2. Kartonun üzərinə dəmir tozu səpib onu qələmlə yüngülcə döyəcləyin.
3. Dəmir tozunun karton üzərində aldığı düzülüşü iş vərəqinə çəkin.
__dəmir cisimləri özünə cəzbetmə xassəsinə malikdir. O, ətrafında yaratdığı __ vasitəsilə dəmir cisimlərlə və digər maqnitlərlə __olur. Maqnitin iki qütbü var: __ (N) və __ (S). Eyni __ bir-birini itələyir, müxtəlif__isə bir-birini cəzb edir.
Maqnit qütbləri
Maqnit
Qarşılıqlı təsir
Şimal qütbü
Maqnit sahəsi
Cənub qütbü