Araşdırmalarda elektrik sahəsinin mövcudluğunu və təsirlərini müşahidə etdiniz. Belə ki, iki eyni şarı yun parçaya sürtdükdə onlar arasında elektrik yüklərinin paylanması baş verir. Yun parçanın sürtünən hissəsindən elektronlar şarların sürtünən hissəsinə keçir. Nəticədə elektron itirən parça müsbət, artıq elektron əldə edən şar isə mənfi yüklərlə elektriklənir (a). Hər iki şar eyni işarəli yüklərlə elektrikləndiyindən itələnir (b). Şarları bir-birinə sürtdükdə isə onlardan biri müsbət, digəri mənfi yüklə elektriklənir. Müxtəlif işarəli yüklərlə elektriklənən şarlar bir-birini cəzb edir (c).
Beləliklə, elektrik qarşılıqlı təsiri elektriklənmiş cisimlərin yüklərinin işarəsindən asılı olaraq ya itələmə, ya da cazibə xarakterli olur.
Hərəkətli kağızlar
Təchizat: dəftər vərəqi, qələm (və ya plastmas daraq), yun və ya ipək parça.
Araşdırmanın gedişi:
1. Vərəqi çox kiçik hissələrə bölərək qırıntılar hazırlayın.
2. Qələmi yun parçaya, yaxud saçınıza
sürtün və kağız qırıntılarına yaxınlaşdırın. Nə
baş verdiyini müşahidə və müzakirə edin.
Maddənin mühüm xassələrindən biri __ malik olmasıdır. Bu halda deyilir ki, cisimlərdə __ baş vermişdir. Elektrik yükü öz ətrafında __ yaradır. O, elektriklənən cisimlər arasında__ötürür.
Elektrik sahəsi
Elektrik yükü
Elektrik qarşılıqlı təsiri
Elektriklənmə