Təbiətdə və məişətdə fiziki hadisələr müxtəlif qarşılıqlı təsirlər nəticəsində baş verir: qravitasiya qarşılıqlı təsiri, elektrik qarşılıqlı təsiri, maqnit qarşılıqlı təsiri, nüvə qarşılıqlı təsiri.
Kütləyə malik olan bütün cisimlər ətrafında qravitasiya sahəsi mövcuddur. Onlar qravitasiya sahələri vasitəsilə bir-birinə təsir edir. Yer kürəsi bütün cisimləri - insanları, evləri, dəniz və okean sularını, Ay və s.-ni cəzb edir. Lakin təkcə Yer və onun əhatəsində olan cisimlər deyil, bütün cisimlər də eyni zamanda bir-birini cəzb edir. Cisimlər arasında yaranan qarşılıqlı cəzbetmə qravitasiya qarşılıqlı təsiri adlanır.
Günəş Yeri və digər planetləri cəzb etdiyi kimi, onlar da Günəşi cəzb edir. Lakin Günəşin kütləsi dəfələrlə böyük olduğundan bütün planetlər onun qravitasiya sahəsində hərəkət edir. Böyük sürətlə hərəkət edən planetlər (bax: əlavələr, səh.95, cədvəl 4), Günəşdən uzaqlaşmağa çalışır. Lakin qravitasiya qarşılıqlı təsirləri onları müxtəlif orbitlər üzrə Günəş ətrafında dolanmağa məcbur edir və Günəş sistemini əmələ gətirir (a). Günəş sistemi isə daha nəhəng ulduzların qravitasiya sahəsində hərəkət edir.
Günəşdən məsafəsinə görə planetlərin adlarını ardıcıllıqla sıralayın.
1. __ 2.__ 3. __ 4. __ 5. __ 6.__ 7. __ 8. __
Kütləyə malik olan bütün cisimlər ətrafında __ mövcuddur. Onun vasitəsilə cisimlər arasında __ yaranır. O, __ xarakterlidir. __Yerin və digər planetlərin Günəşlə qarşılıqlı təsirindən yaranmışdır.
Qravitasiya qarşılıqlı təsiri
Günəş sistemi
Qravitasiya sahəsi
Cazibə