Şarı fırladan nədir?
Təchizat: rezin şar, 90° əyilmiş borucuq (diyircəkli qələm və ya şirə çöpü), sap, plastilin, metal qab, su, qayçı.
1. Rezin şarı üfürüb doldurun. Şarın ağzını sapla bağlamazdan əvvəl ora 90° bucaq qədər əyilmiş borucuq yerləşdirin. Havanın çıxmaması üçün borucuğun şardan kənara çıxan ucunu plastilinlə tıxayın.
2. Diametri şarın ölçüsündən kiçik olan metal qaba su töküb şarı suyun içərisində elə yerləşdirin ki, borucuğun şardan kənara çıxan hissəsi su səthinə paralel olsun.
3. Borucuğun tıxanmış ucunu qayçı ilə kəsin və baş verən hadisəni müşahidə edin.
Nəticəni müzakirə edin:
Cisimlər arasında __ mövcuddur. Onlar cisimlərin birbirinə__ olmaqla və__olmadan yaranır. __ cisimlər arasında qarşılıqlı təsirlər nəticəsində baş verir.
Toxunma
Qarşılıqlı təsir
Fiziki hadisə