MƏSƏLƏLƏR
-
Şəkildə təsvir olunan
menzurkalardakı
mayelərin həcmini
təyin edin.
-
Şəkildə təsvir olunan
termometrlərin bir
bölgüsünün qiymətini
və hansı temperaturu
göstərdiklərini təyin
edin.
-
Cismin kütləsi 1 kq 930 q, həcmi isə 100 sm3-dir. Cismin sıxlığı nə
qədərdir? O, hansı metaldandır?
-
Ölçüləri 3x4x6 m olan otaqdakı havanın kütləsini hesablayın (havanın
sıxlığı ρ= 1,29
kq/m3).
-
Həcmi 3 sm3 olan misin kütləsini hesablayın.
-
Verilən kütlələri kiçikdən böyüyə olmaqla ardıcıl sıralayın:
m1 = 0,2 kq, m2 = 0,002 t, m3 = 400 q, m4 = 4562 mq,
m5 = 359 q.
- Tarazlıqda olan tərəzinin sağ gözünə 2 ədəd 50 q-lıq, 3 ədəd 10 q-lıq və
4 ədəd 2 q-lıq çəki daşı qoyulmuşdur. Sol gözdəki cismin kütləsi nə
qədərdir?
- Şüşə lövhənin sıxlığı 2500 kq/m3 və ölçüləri 2x3x0,005 m-dir. Onun
kütləsini hesablayın.