Sıxlıq santimetr kubunda qram kimi də ifadə edilir:
Vahidlər arasındakı məlum çevirmələri nəzərə aldıqda
(1 kq = 1000 q, 1m3 = 1000 dm3 = 1000 000 sm3)
sıxlıq vahidini digər vahidlərlə də ifadə etmək olar:
Araşdırmadan məlum oldu ki, müxtəlif maddələr bir-birindən sıxlıqlarına görə fərqlənir (bax: əlavələr, cədvəl 3).
Qaşıq hansı maddədəndir?
Təchizat: çay qaşığı (gümüş və ya alüminiumdan), içərisində su olan
menzurka, elektron tərəzi (yaxud qollu tərəzi və çəki daşları)
Araşdırmanın gedişi:
1. Qaşığı tərəzidə çəkin. 2. Sonra
onun həcmini menzurka vasitəsilə təyin edin. 3. Sıxlıq düsturundan
istifadə etməklə qaşığın sıxlığını hesablayın.
Nəticəni müzakirə edin:
• Qaşığın sıxlığı üçün təyin etdiyiniz qiyməti sıxlıqlar
cədvəlindəki qiymətlərlə müqayisə edib qaşığın
gümüşdən, yaxud alüminiumdan hazırlandığını
müəyyənləşdirin.
__ maddənin vahid həcmdəki kütləsidir.
__ m, __V olarsa, sıxlıq düsturu ilə hesablanır.
BS-də __ metr kubunda kiloqramdır.
Sıxlıq
Kütlə
Həcm
Sıxlıq vahidi
1. Maddələrin sıxlıqları aşağıdakı kimidir:
A) Maddələrin sıxlıqları necə oxunur?
B) Bunlar hansı maddələrdir?
C) Maddələrin sıxlıqları nəyin göstəricisidir?
2. Məsələ. Metal parçasının kütləsi 270 q, həcmi isə 100 sm3 -dir. Metalın sıxlığı nə qədərdir? O, hansı metaldır? Kütləsi 500 q olan həmin metalın həcmi nə qədər olar?