BS-də həcm vahidi olaraq bir metr kubu (1m3) qəbul edilmişdir (a). O, tili a=1m olan kubun həcminə bərabərdir:
V=a•a•a=a3
[V]=1m•1m•1m=1m3
Həcm digər vahidlərlə də ifadə oluna bilər(b),
məsələn:
dm3 - (desimetr kubu),
sm3 -
(santimetr kubu),
mm3 - (millimetr
kubu),
l - (litr), ml - (millilitr)
Noxud dənəsinin orta həcminin hesablanması
Tapşırığı yerinə yetirin: 1. Menzurkaya 100 ml su tökün. 2. Suya 30 ədəd
noxud dənəsi atın. Suyun həcmi neçə millilitr artdı? 3. Noxud dənəsinin
orta həcmini hesablayın (alınmış nəticəni sm3 ilə ifadə edin).
Üzərində __ olan qab __ adlanır. Onun vasitəsilə bəzi maddələrin __ ölçülür. BS-də həcm vahidi __-dur.
Menzurka
Həcm
Metr kubu
Bölgü