Cismin mühüm xassələrindən biri onun müəyyən həcmə malik olmasıdır. Həcm cisimlərin fəzada tutduğu yerdir. Siz düzbucaqlı prizma kimi düzgün həndəsi formaya malik cisimlərin, məsələn, otağın, kitabın və digər əşyaların həcmlərini hesablamağı öyrənmisiniz.
Menzurka vasitəsilə cisimlərin həcminin
təyini
Təchizat: silindrik
menzurka, bir qab su, çay
qaşığı, bolt və ya qayka.
Araşdırmanın gedişi:
1. Menzurkanın
şkalasındakı bir bölgünün
qiymətini ( Vb.b ) təyin edin və iş vərəqinə
köçürdüyünüz cədvəlin
uyğun xanasında yazın.