Temperaturun diffuziyaya təsirinin tədqiqi.
Təchizat: laboratoriya stəkanı (2 əd.), soyuq su (otaq temperaturunda,
200 ml), isti su (200 ml), boyaq mayesi, pipetka, saniyəölçən.
İşin gedişi.
1. Laboratoriya stəkanından birinə soyuq su, digərinə isə eyni miqdarda
isti su tökün.
2. Stəkanlardakı suların hər birinə 3 damcı boyaq maddəsi damcıladıb
saniyəölçəni işə salın (a).
Nəticəni müzakirə edin:
Bir maddə molekullarının öz-özünə digər maddə molekulları arasına keçmə hadisəsi _ adlanır. Bu hadisənin başvermə səbəbi _ olması və__ilə izah edilir.__ temperaturdan və__asılıdır.
Diffuziyanın sürəti
Diffuziya
Molekullararası boşluq
Maddənin quruluşu
Molekulların hərəkəti