Bu nədir?
Araşdırmanın gedişi: şəkilləri nəzərdən keçirin. Maddə, cisim və modelləri
müəyyən edin və iş vərəqinə köçürdüyünüz aşağıdakı cədvəli tamamlayın.
№ | Varlığın adı | Maddə | Cisim | Model |
1 | Gil | + | - | - |
Bilirsiniz ki, təbiətdə rast gəlinən bütün cisimləri fiziki cisim adlandırırlar. Cisim maddələrin müəyyən forma verilmiş halıdır; məsələn, kitab rəfi cisimdir, onun hazırlandığı alüminium və plastik materialları maddədir. Saat cisimdir, lakin onun hazırlandığı qızıl və ya polad maddədir və s.