Kainatda mövcud olan bütün öbyektlər materiyanı təşkil edir (a). Sadə dildə desək, materiya - a Kainat və Yer kürəsindəki bütün cisimlər materiyadır fəzada mövcud olan hər şeydir, yəni
xassəsindən, bizim hiss edib-etmədiyimizdən asılı olmayaraq real varlıqdır. Materiyanın mühüm xassələrindən biri hərəkətdir.
Hərəkət kainatda baş verən ixtiyari dəyişiklikdir. Materiyanın hərəkətinin forma və növləri sonsuzdur. O ən sadə yerdəyişmədən başlayaraq kainatda baş verən bütün hadisələri əhatə edir.
Materiyanın iki növü vardır: maddə və fiziki sahə.
Maddə hiss üzvlərimiz vasitəsilə duyulan və kütləsi olan materiyadır. Təbiətdəki bütün canlı-cansız cisimlər maddədən ibarətdir. Maddənin ən mühüm xassəsi kütləyə malik olmasıdır.
Fiziki sahə maddələrin birbirinə qarşılıqlı təsirlərini ötürən materiyadır. Fiziki sahənin bir neçə növü mövcuddur. Bunlar qravitasiya sahəsi , elektrik sahəsi, maqnit sahəsi və s.-dir.
Alimlər maddə və fiziki sahənin müxtəlif xassələrini araşdırmaqla müxtəlif hadisələrin başvermə səbəblərini izah etmiş, hadisələri sürətləndirmək və ya ləngitmək yollarını öyrənmişlər.