1. Xəta deyəndə nə başa düşürsünüz?
2. Cihaz xətası nəyə bərabərdir?
A) Cihazın ölçmə həddinə.
B) Cihazın ən kiçik bölgü qiymətinin yarısına.
c) Cihazın ən kiçik bölgüsünə.
D) İki qonşu böyük cizgi arasındakı bölgülərin sayına.
E) Cihazın ölçmə həddinin yarısına.
Evinizdəki ölçü cihazlarının (divar saatı, ölçü lenti, bölgülü qab, xətkeş, tərəzi və s.) ölçmə həddini, bir bölgüsünün qiymətini və cihaz xətasını təyin edib nəticələri iş vərəqinə köçürdüyünüz aşağıdakı cədvələ yazın.
Ölçü cihazları | Bir bölgünün qiyməti | Ölçmə həddi | Ölçmə xətası |
Tərəzi | |||
Saat |
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1. Şəkildə təsvir edilən hadisə və təcrübələr hansı fiziki hadisəyə aiddir?