Lüğət
Menzurka (a) tutum, həcm ölçən və
üzərində şkalası olan şəffaf (və ya
yarımşəffaf) qabdır. Məişətdə
(məsələn, kulinariya işlərində), laboratoriyalarda
kiçik cisimlərin, mayelərin
həcmini ölçmək üçün istifadə
olunur.
Kurvimetr (b) əyri xətlərin
uzunluğunu ölçən cihazdır. Kurvimetrdən
xəritələrdə çəkilmiş çaylar,
avtomobil və dəmir yollarının
uzunluğunu ölçmək üçün istifadə
olunur.
Ştangenpərgar (c) cisimlərin xarici və
daxili ölçülərini dəqiqliklə ölçən
cihazdır.
Odometr (d) velosiped, motosikl və s.
təkərlərinin fırlanması vasitəsilə
gedilən yolun uzunluğunu ölçən
cihazdır.