Bilirsinizmi?
- Məişətdə istifadə olunan fiziki
cihazların çoxu sadədir. Gündəlik
həyatda belə cihazlardan - xətkeş,
menzurka, tərəzi, saat, termometrdən
tez-tez istifadə edirik.
- Elmi müəssisələrdə, texnikada,
təbabətdə və istehsalatda daha
mürəkkəb ölçü cihazlarından istifadə
olunur. Belə ki, xəritələrdə
çayların, yolların uzunluğunu
ölçmək üçün kurvimetrdən (1), təkərlərin
fırlanması vasitəsilə gedilən
yolun uzunluğunu ölçmək
məqsədilə odometrdən (2), cisimlərin
xətti ölçülərini dəqiq müəyyən
etməkdən ötrü ştangenpərgardan
(3), qan təzyiqini ölçmək
üçün tonometrdən (4) və s.-dən
istifadə edilir.
Müasir dövrdə fiziki kəmiyyətlərin
ölçülməsində dəqiqliyi
artırmaq məqsədilə elektron cihazlardan
istifadə olunur. Bu cihazlarda
şkala olmur, kəmiyyətin
qiyməti hazır şəkildə rəqəmlə
verilir.