Şəkildə təsvir olunan bütün ölçü cihazlarında şkala (bölgü) vardır. Fiziki kəmiyyətlərin qiymətlərinin ölçülməsində cihazların şkalasının ölçü həddini və bir bölgüsünün qiymətini müəyyənləşdirmək çox vacibdir.
Xətkeş şkalasının bir bölgüsünün qiymətinin
təyini
Təchizat: xətkeş.
Araşdırmanın gedişi:
Şkalanın bir bölgüsü
Nəticəni müzakirə edin:2-ci araşdırmada təsvir olunan xətkeşin bir bölgüsünün qiymətini təyin etmək üçün ixtiyari iki qonşu cizginin böyük ədədindən kiçiyi çıxılır; məsələn, ixtiyari seçdiyiniz 3 və 4 cizgilərindən: 4 - 3 = 1 sm. Sonra bu cizgilər arasındakı bölgülər sayılır: n=10 bölgü. Daha sonra bir bölgünün qiyməti hesablanır:
Bir bölgünün qiyməti Beləliklə, baxdığınız xətkeşın bir bölgüsü 1 mm-ə bərabərdir.
Cihazın ölçü həddi isə, cihazın verilən şkalasının köməyi ilə kəmiyyətin ölçülə bilən maksimum qiymətidir.