Uyğun ölçünü xarakterizə etmək üçün __və onun __ müəyyənləşdirmək lazımdır. Uzunluq vahidi __ və kütlə vahidi __ metrik hesablama sistemini əmələ gətirir.
Metr
Fiziki kəmiyyət
Kiloqram
Vahid
1. Cədvəli iş vərəqinə çəkin və ora bildiyiniz ölçü vahidləri haqqında məlumatları yazın.
Ölçü vahidi | Məlumat |
2. Beynəlxalq Vahidlər Sisteminə uyğun olaraq cədvəli doldurun:
Fiziki kəmiyyət | BS-də vahidi |
3. Aşağıdakı kəmiyyətləri metrlə ifadə edin:
a) 728 mm
b) 0,18 sm
c) 45 mkm
d) 8 mm
e) 0,25 km
f) 0,38 dm