Metrik sistemdə iki mühüm qaydaya əməl olunur:
I. Böyük və kiçik vahidlərin əlverişli olması üçün əsas vahidlərin 10-a, 100-ə, 1000-ə və s.-yə vurulmasından, yaxud bölünməsindən istifadə edilir.
II. Vahidlərin onluq vuruqları əmsallarla əvəz olunur (bax: əlavələr, səh.95, cədvəl 1)
1960-cı ildə XI Beynəlxalq Metrologiya Konfransında Beynəlxalq Vahidlər Sistemi (BS) təsis olundu. BS-nin 7 əsas vahidi müəyyən edildi (bax: əlavələr, səh.95, cədvəl 2).
1 metr platin-iridium xəlitəsindən hazırlanmış çubuğun iki cizgisi arasındakı məsafəyə bərabərdir. Bu çubuq “uzunluq etalonu” adlanır və Fransanın Sevr şəhərində saxlanılır.