Hava şarını hərəkət etdirən nədir?
Təchizat: kapron ip, şirə çöpü, hava şarı,
yapışqanlı lent.
Araşdırmanın gedişi:
1. İpi şirə çöpündən keçirin, onu tarım çəkərək otaqda iki tərpənməz
nöqtəyə (məsələn, qapı və pəncərə dəstəklərinə) bağlayın (a).
2. Biriniz şara hava üfürüb barmaqlarınızla dəliyi sıxın, digəriniz
isə onu yapışqanlı lent vasitəsilə şirə çubuğuna bərkidin.
3. Barmaqlarınızı açın və baş
verən hadisəni müşahidə edin (b).
Nəticəni müzakirə edin:
• Şardan hava şırnağı çıxdıqda
nə müşahidə etdiniz?
• Şardan çıxan hava şırnağının və şarın özünün hərəkət istiqamətləri haqqında nə deyə
bilərsiniz?
• Şarın hava şırnağının təsiri altında hərəkətinə oxşar hansı
hərəkətləri misal göstərə bilərsiniz?
Alimlər__səbəblərini elmi cəhətdən araşdırmaqla onları həyatımıza tətbiq etdilər: məsələn, qayıq və gəmilərin, hava şarlarının hazırlanması, cisimlərin __ qanunauyğunluğunu öyrəndikdən sonra mümkün oldu.__qanunauyğunluqları aşkar edildikdən sonra Günəş və__səbəbi aydın oldu. Atom elektrik stansiyası, atom bombası, atom sualtı gəmilərinin hazırlanması__qanunauyğunluğu kəşf edildikdən sonra mümkün oldu. Meduza və səkkizayaqlı dəniz ilbizinin suda __ alimlərə raket və təyyarələri hazırlamalarına kömək etdi.
Maddənin quruluşu
və çevrilməsi
Reaktiv hərəkət
Təbiət hadisələri
İşığın yayılması
Suda üzmə
Ay tutulması
1. Fizika elminin müasir texnologiyanın inkişafına
nə kimi təsirləri var? Nümunələr
göstərin.
2. Verilən cədvəli iş vərəqində çəkin. Mənzilimizdə
yaşayış komfortunu yüksəldən
alət və cihazların adını, onların işinin
əsaslandığı fiziki hadisələri cədvəldə qeyd
edin.
№ | Məişətdə istifadə etdiyimiz alət və cihazlar | Fiziki hadisə |