Tapşırıq 3.
1. Əsərdəki başlıca obrazlar haqqında (oğlan, qoca) artıq sizə tanış olan sxem üzrə məlumat toplayın.
2. Əldə etdiyiniz məlumatları yoldaşlarınızla müzakirə edərkən öyrəndiyiniz yeni sözlərdən nitqinizdə istifadə edin. Fərqli fikirlərə diqqətlə yanaşın.
NÜMUNƏ
Təsviri xarakterli mətnlərdə obrazın fərdi, özünəməxsus cəhətləri təsvir edilir. Oxucu həmin insanın “şəklini” gözləri önündə bu və ya digər formada canlandıra bilir. Məsələn:
Onlardan ən yaşlısı — qəhvəyi sifətli, arıq, iri hülqumlu, üz-gözünü, ələlxüsus da boynunu dərin qat-qırış basmış, iri, kələ-kötür əlləri çat-çat olmuş qoca qayığın arxa tərəfində oturub çubuğunu ağır-ağır sümürərək sükanı idarə edirdi.
Nəqletmə xarakterli bədii nümunələrdə obraz haqqında danışılarkən onun ümumi cəhətləri haqqında məlumat verilir. Məsələn: