Elmin böyük bir fəziləti də budur ki, kiçiyə, böyüyə, ədnaya, əlaya heç təfavüt qoymaz. Bu kəslərdən hansında elm olsa, onu hörmətə layiq edəcəkdir. Elm yaşca kiçik adamda da olsa, onu ehtirama layiq edər, onu əla dərəcəsinə yetirər.
Rəşid bəy Əfəndiyev
Özünüqiymətləndirmə tapşırığı
- Oxuduğunuz əsərdə mətnin növünü müəyyən edin (nəqli, təsviri).
- Bu mətnin mövzusu qeyd edilənlərdən biridir: elmin yayılması, elmin çoxluğu, elmin zərəri, elmin dəyəri. Doğru cavab hansıdır?
- Mətndə əsas fikrə zəmin yaradan cümləni tapın.
- Mətndəki təşbehləri müəyyənləşdirin.
- Mətndəki “ziyadə” sözünün mənasını lüğətdən tapın.
- Mətndəki bədii təsvir vasitələrini müəyyənləşdirin.
- Mətndə hansı hisslərin təsvirinə yer verilib?
- Əsərdə “fəzilət” sözünün mənasını lüğətdən tapın.
- Mətnin hissələrini müəyyən edin.
- Mətnin ideyasını müəyyən edin.