3. “Oxudan sonra” təlimatına əsasən oxu fəaliyyətini yekunlaşdırın (cədvəl 3, səh. 17).
Proqnoz | Əsərdə verilən variant |
4. Əsərin janrını müəyyənləşdirin. Fikirlərinizi əsaslandırın.
Tapşırıq 3. Mətni öz sözlərinizlə davam etdirin.
Məmməd Namaz
Məmməd Namaz uşaq ədəbiyyatı sahəsində səmərəli fəaliyyət göstərən istedadlı şairlərdəndir. O, əsərlərində təbiətin gözəlliklərini sevə-sevə qələmə alır, təbii, yaddaqalan lövhələr yaratmaqla Azərbaycan təbiətini uşaqlara sevdirməyi qarşısına məqsəd qoyur. Şair Vətənin başıqarlı dağlarından, zümrüd meşələrindən, nəğməli çaylarından, səfalı yaylaqlarından məhəbbətlə söz açır. Məmməd Namazın yaradıcılığında ən yaxşı cəhətlərdən biri onun xalq yaradıcılığından yaradıcı şəkildə bəhrələnməyi bacarmasıdır.