— Adım Fidandır.
— Haradan gəlmisən, qızım?
— Sumqayıtdan gəlmişəm, — qız dedi.
— Fidan, bəs mahnının sözlərini niyə dəyişmisən? Məncə, axı orda sözlər başqa cürdür.
— Mahnının sözlərini bilirəm, sözləri mən özüm dəyişdim.
— Niyə?
— Belə yaxşıdır! Mən istəyirəm ki, dünya hamının olsun: Günəş kimi, bahar kimi və... — Fidan balaca əlləri ilə rəhbərin boynunu qucaqladı: — Və sizin kimi!
Məmməd Namaz
Tapşırıq 2.
1. Oxudan sonra həqiqətə ən yaxın proqnozu müəyyən edin.
2. əsərlə uyğun gəlməyən hansı proqnozunuzun doğru olmasını istərdiniz?