MƏMMƏD NAMAZ. “HAMININ GÜNƏŞİ”
(NƏQLİ MƏTNİN OXUSUNUN TƏŞKİLİ:
PROQNOZLAŞDIRMA)
Artıq beşinci sinifdə nəqletmə xarakterli bədii nümunələri oxuyarkən ayrı-ayrı hadisələrin proqnozlaşdırılması üzrə ilkin bacarıqlara yiyələnmisiniz. Bu bacarıq oxu zamanı fəal düşünməyinizə və müəllifin çatdırmaq istədiyi fikirləri tam şəkildə aydınlaşdıra bilməyinizə kömək etmişdir. Bu sizin fəal oxucu kimi formalaşmağınıza yardım edir. Bilirsiniz, fəal oxucu olmaq nə deməkdir? Belə oxucular oxu prosesində mətnə suallar verir və ya meydana çıxan sualları öncədən cavablandırırlar. Əvvəlki dərslərdə mətnlərə verilən müxtəlif suallarla qarşılaşmısınız. Həmin suallardan bir çoxu proqnozlaşdırma məqsədi daşımış və fəal oxucu olmaqda sizə kömək etmişdir. Bu baxımdan ötən il əldə etdiyiniz bacarıqları daha da inkişaf etdirəcəksiniz.
Proqnozlaşdırma aparmayan oxucu əsərdəki mühüm məqamları nəzərdən qaçıra bilər. Proqnozlaşdırma həm təlim prosesində, həm də həyatda sizə yardımçı olacaq əhəmiyyətli bacarıqdır.
Tapşırıq 1.
1. Verilən əsərin oxusuna başlamazdan əvvəl oxuya hazırlıq işlərini yerinə yetirin (cədvəl 1, səh. 14).
rən hadisələrin nəticələrini proqnozlaş-
dıracaqsınız.