Qoyunlarını özü güdür, onlarla özü məşğul olurdu. Mələk ona da kasıb bir adam surətində göründü:
— Mən kasıb bir yolçuyam. Neçə gündür yollardayam. Sığınacaq bir yer, bir qaşıq isti yemək tapmadım. Sənə gözlərini bəxş edən və bu qədər mal verən Allah xətrinə mənə bir qoyun versən, çətin günlərim sona çatar, mən də sənə dua edərəm.
— Düz deyirsən. Mənim əvvəllər gözüm görmürdü. Allah gözlərimə nur, özümə çoxlu mal verdi. Ey qərib adam, bir halda ki Allah adına istəyirsən, onda bir deyil, istədiyin qədər qoyun sənindir, yerdə qalan mənə bəsdir. Çünki bunların hamısı Allahın mənə verdiyi nemətdir.
— Malların mübarək olsun. Allah səninlə birgə üç adamı imtahan etdi. Səndən başqa hər ikisi keçmişini yaddan çıxarıb malları ilə təkəbbürə qapıldılar, — mələk dedi.
Dəvə sahibinin o hərəkətindən sonra dəvələrinə yoluxucu xəstəlik düşdü. Sürülər bir-bir tələf oldu, özü də yenidən köhnə xəstəliyinə tutuldu.
İnək sahibinin də axın bədbəxt yoldaşınınkı kimi oldu. Bir gün qapqara buludlar çəmənliyin üstünü aldı. Şiddətli yağış yağdı və qabağına gələn hər şeyi silib-süpürən selə çevrildi. İnək sürüləri suda boğuldu. Bu ani fəlakət qarşısında adam dəli oldu və saçlan birdən-birə töküldü. Yəni köhnə xəstəliyinə tutuldu. Sonra onu yenə zibilliklərdə yemək axtaran gördülər.
Kamal Turan
Tapşırıq 2.
1. Əsərdən əldə etdiyiniz nəticələri “Qarşılaşdırma-müqayisəetmə” sxeminə əsasən müqayisə edin. Qənaətlərinizi yoldaşlarınızla müzakirə edin. Nitqinizdə öyrəndiyiniz yeni sözlərdən istifadə edin. 2. “Oxudan sonra” təlimatı üzrə oxu fəaliyyətinizi yekunlaşdırın.
Tapşırıq 3. Mətndən mübaliğələrə aid nümunələr seçin.
Tapşırıq 4. Bu əsərdə siz hansı janrlara məxsus xüsusiyyətləri müşahidə etdiniz?
Kamal Turan
Müasir türk yazıçısı Kamal Turanın hekayələrində həyatı dərindən dərk etmək üçün zəngin material vardır. Onun hekayələri insanı ən müqəddəs varlığa - Tanrıya bağlayır. Kamal Turan sübut etməyə çalışır ki, həyatda hər kəs öz əkdiyini biçəcəkdir. Yazıçının hekayələri sanki qaranlıqlara işıq saçır, insanı həyata bağlayır.