Cədvəl 18
Qiymətləndirən suallar |
Məsləhət |
Yoxlama texnikaları |
Bəzi cümlələrdə lazımsız olaraq təkrarlanan sifətlər (təyinlər) varmı? | Yersiz təkrarlanan yaxın mənalı sözləri dairəyə alın. Buraya vergüllə bağlanan sifətlər daxildir. Bu sifətlərin eyni məna verib vermədiyini yoxlayın. | Eyni mənanı verən sifətlərin (təyinlərin) birini sil və ya yerini dəyiş. Sifətlərdən birini əksmənalı sözlə əvəz et və cümlənin tərtibatında dəyişikliklər et. Məsələn: «O, çox zəhmətkeş və çalışqan idi» cümləsini «O, çox zəhmətkeş idi. Heç kəs onun tənbəl olduğunu deyə bilməzdi» kimi tərtib etmək olar. |
Özünüzii qiymətləndirin
1. Yazdığınız mətni qiymətləndirin: “Nəzərdə tutduğum fikri nə qədər aydın çatdıra bildim?”
2. Hazırlanmış təsvir (bədii, hiss, fakt) nümunələri hadisə haqqında aydın təsəvvür yaratmağa imkan verirmi?
3. Bu nümunələr təsvir edilən əşya və hadisənin ayrı-ayrı xüsusiyyətlərini əks etdirirmi?
4. Təsvir edilən hadisənin qeyri-adiliyini əks etdirən məqamlar varmı?
5. Mətndəki əsas ideyanın (fikrin) çatdırılmasına kömək edirmi?
6. Aşkar etdiyiniz nöqsanları aradan qaldırın.
7. Yazını oxumaq üçün yoldaşlarınıza və ya valideynlərinizə verin. Yaxınlarınızın da yazı ilə bağlı fikirlərini nəzərə alın və işin keyfiyyətini yüksəldin.
8. Yazını çap etməklə, divar qəzetinə, yaxud internetdə (müxtəlif sosial şəbəkələr) yerləşdirməklə oxucularınıza çatdırın.
9. Yazdığınız mətn üzərində düşünün: “Bu yazını yazan müddətdə yeni nə öyrəndim?” Yeni öyrəndikləriniz barədə də qeydlər etməklə yazını müəllimə təqdim edin.
Tapşırıq 3.
Yazdığınız kiçik esseni yoldaşlarınızla müzakirə edin. Onların esse ilə bağlı fikirlərinə hörmətlə yanaşın və əsaslandırılmış münasibət bildirin.