Qiymətləndirən suallar |
Məsləhətlər |
Yoxlama üsulları, texnikaları |
4. Verilmiş məkandakı əşyaları təsvir edərkən onlar əhəmiyyətlilik baxımından qruplaşdırılıbmı? Həmin əşyalar qrupu ilə bağlı məlumatlar mətnə ardıcıllıqla daxil edilərkən bu amil nəzərə alınıbmı: əhəmiyyətlidən əhəmiyyətsizə doğru və ya əhəmiyyətsizdən əhəmiyyətliyə doğru? | Mətndə istifadə edilmiş təsvir və ifadə vasitələrini sıra ilə düzün. Sonra təsvir edilən məkanın sözlə sadə xəritəsini çəkin. Siyahıya aldığınız təsvir və ifadə vasitələrini orada yerləşdirin. Yoxlayın. Siyahı - dakı nümunələrdən yararsızlarını kənarlaşdırın və ya düzəliş verməklə münasib gələn yerə yerləşdirin. | Yenidən təşkil edin. Təsvir edilən məkanda əşyaların yerləşməsi baxımından ardıcıllığa riayət edin (uzaqdan yaxına, yüksəkdən aşağıya və s.). Fikirlər təqdim edilərkən əhəmiyyətlilik baxımından ardıcıllığı gözləyin (az əhəmiyyətlidən çox əhəmiyyətliyə doğru və ya çox əhəmiyyətlidən az əhəmiyyətliyə doğru). |
5. Təsvir edilən insanın xarici görkəmi və ictimai vəziyyəti öz əksini tapıbını? | Bu məsələlər baxımından mühüm parametrlərə bir daha nəzər salın və mövcud boşluqları aradan qaldırın. | Obraz haqqında təsəvvür yaradan parametrləri diqqətdən kənar qoymayın. |
6. Nəticədə çatdırmaq istədiyiniz fikri yekunlaşdırın. | Fikirlərinizi yekunlaşdıran cümlənin altından xətt çəkin. Əgər belə bir cümlə tapa bilmirsinizsə, əlavə edin. | Elə cümlə əlavə edin ki, əsas fikri yenidən vurğulasın və apardığınız təsvir işini yekunlaşdırsın. |
Tapşırıq 2.
Yazını üslub baxımından təkmilləşdirmək məqsədilə təqdim edilən təlimata əsasən işinizi davam etdirin. Təsviri mətn yazmaq üçün çoxsaylı sifətlərdən (təyinlərdən) istifadə etmisiniz. Mətn oxunanda diqqət edin ki, eyni məna verən sifətlər yersiz təkrarlanmasın. Əgər belə hallarla qarşılaşsanız, düzəlişlər aparmaq lazımdır.