Cədvəl 17
Əşya və hadisələrin təsviri |
||
Qiymətləndirilən suallar |
Məsləhətlər |
Yoxlama üsulları, texnikaları |
1. Girişdə çatdırılması nəzərdə tutulan əsas fikir üçün zəmin yaradılıbmı? |
Girişdə çatdırılması nəzərdə tutulan əsas fikrə zəmin yaradan cümləni tapın. Onun altından xətt
çəkin.
Yazmamısınızsa, əlavə edin. |
Giriş hissəyə elə bir cümlə əlavə edin ki, o, əsas fikir üçün zəmin yaratsın. |
2. Bütün təsvir və ifadə vasitələrindən istifadə edilibmi? | Mətni oxuyun. Qarşılaşdığınız hissləri təsvir edən nümunələrin üzərində “H”, faktları təsvir edən nümunələrin üzərində “F”, bədii təsvir vasitələrinin üzərində “B” yazın. Bədii ifadə vasitələrinin üzərində “İ” yazın. Nəzər salın. Bunlardan hansına az yer verilmişdir? Ehtiyac olarsa, bu istiqamətdə işlər aparın. Həmçinin baxın ki, “H”lar həddən artıq çox, “B”, “İ”, “F”lər həddən artıq az olmasın. | Müxtəlif hisslərin (görmə, eşitmə, toxunma, dad, qoxubilmə) təsvirinə yer verilməsinə diqqət edin. Hansı yoxdursa, əlavə edin. Əsas fikri çatdırmağa yardım edən bədii təsvir vasitələrinin olmasına xüsusi diqqət yetirin. Əgər yazıda təsvir vasitələrinə az yer verilmişdirsə, uyğun nümunələr yaradın. |
3. Təsviri mətndə müəllifin düşüncələri və hissləri öz əksini tapıbım? | Birinci şəxs əvəzliklərinin (mən, biz) yanında ulduz yazın. Əgər hər abzasda ən azı bir ulduz görməsəniz, düzəliş aparın. | Elə edin ki, birinci şəxsin düşüncələri, hissləri, təsvir vasitələri (bədii, hiss və faktlar) öz əksini tapsın. |