— Bu mətndə faktların təsvirinə ehtiyac varmı? Əgər faktlar təsvir edilərsə, hansı növdən (ad, tarix, say və s.) istifadə etmək lazımdır?
4. Baş verən hadisələrdə qeyri-adilik görürsünüzmü? Əgər görürsünüzsə, bu qeyri-adilik nədədir?
5. Səh. 52-də verilən 13-cü cədvəl əsasında dəftərinizdə təsvir vasitələrinə aid nümunələr yazın:
6. Əvvəlki mərhələdə müəyyən etdiyiniz ardıcıllıqla fikirləri bir-bir düzün.
7. Fikirlərin ardıcıllığını müəyyən edərkən aşağıdakılara əhəmiyyət verin:
a) Əvvəlcə təsvir edilən məkanın uzaqdan necə göründüyünü əks etdirin;
b) Sonra isə oxucunun nəzərlərini haqqında danışılan yerə yönəldin. Baxış dairəsini daraldaraq konkret məkana yaxınlaşın;
c) Həmin məkanın təsvirini davam etdirərək həmin yerin sözlərlə “xəritə”sini yaradın (nə, harada yerləşir?)
d) Ola bilər ki, təsvir etdiyiniz hadisə eyni məkanda baş verməsin. Başqa məkanın da təsvirinə ehtiyac yaransın. Bunların üzərində düşünün.
f) “Səbəb-nəticə” ardıcıllığına üstünlük verilərsə, “Səbəb-nəticə” cədvəlindən (səh.21) istifadə edə bilərsiniz. Təsvir edilən hadisələrin əvvəlcə səbəbini, sonra isə ondan irəli gələn nəticəni əks etdirə bilərsiniz.
8. “Əhəmiyyətlidən az əhəmiyyətliyə” doğru ardıcıllıq yararlı hesab edilərsə, “Ardıcıllıq” cədvəlindən (səh. 19) istifadə edə bilərsiniz: Təsvir etmək istədiyiniz əşya və hadisələrin siyahısını tərtib edin. Həmin siyahıda əvvəl daha vacib məsələləri, sonra isə az əhəmiyyətli məsələləri sıra ilə düzün. Ola bilər ki, əvvəl az əhəmiyyətli məsələlərdən, sonra isə daha əhəmiyyətli məsələlərdən söz açasınız.
9. Fikirləri bir yerə toplayın və mətni yekunlaşdırın. Baş verən hadisə nə haqda düşünməyə və nəyi hiss etməyə vadar edir?