YAZI PROSESİ
Tapşırıq 1.
1. Tapşırığın hər bir bəndinə əməl etməklə esseni yazın.
2. Öz müşahidələrinizə əsasən topladığınız məlumatları qruplaşdırın. Onlara başlıq verin. Bu başlıqlar yazacağınız essenin əsas ideyasını təşkil edəcək kiçik fikirlərdir. Sonra həmin kiçik fikirləri ardıcıllıqla ifadə edin.
3. Fikirlərinizi ifadə edərkən düşünün:
— Hansı təsvir vasitələri fikirlərimin daha yaxşı çatdırılmasına kömək edər?
— Gördüklərimi canlı çatdırmaqda hansı hisslərin (görmə, eşitmə, qoxu, dad, toxunma) təsviri mənə kömək edər?