Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatı tarixinə azadlıq carçısı kimi daxil olub. Azərbaycanın sevimli şairinə çevrilən Xəlil Rza Ulutürk hələ məktəb illərindən öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin, valideynlərin rəğbətini qazanmışdı. Şair orta məktəbdə oxuduğu illərdə ədəbiyyata sonsuz həvəs göstərib, bütün əsərlərində xalqı düşmənlərə qarşı mübarizəyə səsləmişdir. Yaradıcılığı boyu əsərlərində Vətən məhəbbəti, torpaq sevgisi, sülh, əmin-amanlıq, azadlıq kimi dəyərlər tərənnüm olunmuşdur. Azərbaycanı sevən, onun müstəqil dövlət olması arzusu ilə yaşıyan və çarpışan Xəlil Rza Ulutürkün bütün zəncirləri yox etmək, zülmün qarşısına sədd çəkmək istəyi onu azadlıq şairinə çevirdi. Xəlil Rza Ulutürk ədəbiyyatımızın inkişafına böyük töhfələr verən sənətkarlardandır.