Plan | Nəzərə alınmalı məsələlər |
Mətnlə bağlı qeydlər |
3. Oxucunun irəliyə doğru istiqamətləndirilməsi Oxucu təsvir edilən əşya və hadisəyə doğru istiqamətləndirilibmi? Məsələlərin ardıcıllığı əşyaların yerləşməsi baxımından müəyyənləşib, ya hadisələrin əhəmiyyətliliyi baxımından düzülüb? |
||
III. Nəticə Təsvirləri yekunlaşdırmaqla yazının başa çatdırılması. |
1. Gözəl bir sonluğun verilməsi Əsas fikir yenidən vurğulanıbmı? Təsvir etdiyiniz əşya və hadisə ilə bağlı fikirlər tamamlanıbmı? |
Təsviri xarakterli bədii nümunələrin quruluşunun müəyyənləşdirilməsində, onun giriş, əsas hissə və nəticəsində əhəmiyyət verilən məsələlərin araşdırılmasında müəyyən təcrübəniz var. İndi siz iki cədvəli qarşılaşdıracaq və onlar arasında əlaqələri müəyyənləşdirəcəksiniz.
Tapşırıq 3.
1. 15 və 16-cı cədvəlləri qarşılaşdırın. Hər iki cədvəldə əlaqəli məsələləri müəyyən edin və qarşılarında sadə karandaşla “+” işarəsi yazın. Bir cədvəldə verilmiş, digər cədvəldə öz əksini tapmayan məsələlərin qarşısında isə “-” işarəsi yazın. Cədvəllər arasında əlaqəlilik səviyyəsinə dair təqdimat edin. Nitqinizdə yeni öyrəndiyiniz sözlərdən istifadə edin.
2. Natəvan və onun ailə üzvləri ilə bağlı parçam təkrar ifadəli oxuyun.
Aleksandr Düma
Fransız yazıçısı Aleksandr Düma Azərbaycanı gəzərkən Şamaxıda da olmuşdur. Bu barədə Düma yazır: “...Şamaxıda mənə, Avropanın uzaq diyarından gəlmiş qonağa göstərilən ehtiram və hörməti ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirəm”.
Azərbaycan, onun təbiəti və insanları yazıçının ürəyində dərin izlər qoyur. “Nə olaydı, mənə bir də bu yerlərə gəlmək qismət olaydı!” - deyir.