Tapşırıq 2. Əsəri bir daha oxu, mətnin quruluşunu müəyyən etməklə müvafiq xanalarda qeydlər apar.
Cədvəl 16
Plan | Nəzərə alınmalı məsələlər | Mətnlə bağlı qeydlər |
I. Giriş — Təsvir ediləcək əşya və ya hadisə ilə tanışlıq; — Əsas fikirlə əlaqə yaradan məqamların təqdim edilməsi. |
1. Oxucunun hazırlanması Təsvir edilən əşya və ya hadisə haqqında oxucuda maraq doğuran cümlələr varmı? 2. Əsas fikrin təqdim edilməsi Əvvəlcədən əsas fikrə zəmin yaradılıbmı? Mətndə əsas fikirlə əlaqəsi olmayan məsələlərə yer verilməyib ki? Təsvir ediləcək məsələlər barədə oxucuda ilkin təsəvvürlər yaradılmışdırmı? |
|
II. Əsas hissə — Müxtəlif məqamların təsviri (bədii, hiss, fakt); — Düşüncələrin və hisslərin əks etdirilməsi; — Əşya, hadisə, insan və məkanla bağlı təsvirlərin ardıcıllıq (uzaqdan yaxına və ya əksinə; ümumidən xüsusiyə və ya əksinə; insan təsvirində başdan-ayağa və ya əksinə və s.), yaxud əhəmiyyətlilik baxımından müəyyənləşdirilməsi . |
1. Təsvir ediləcək məsələlərin müəyyən edilməsi və sıra ilə düzülməsi Əsərdə bədii ifadə və təsvir vasitələri ilə yanaşı, həm də hisslərin və faktların təsvirinə yer verilibmi? Məsələlər haqqında danışılıb, yoxsa onların necə olduğu sözlə göstərilib? “Otağın təmiri köhnə idi” kimi deyilib, ya “Döşəmənin rəngi bir çox yerlərdə getmişdi. Nəmişlikdən divar kağızları qopub geriyə qatlanmışdı” kimi təqdim edilib? Nümunələr göstərin. 2. Düşüncə və hisslərin təqdim edilməsi Bu bədii nümunədə müəllif təsvir edilən məkan haqqında öz düşüncə və hisslərini oxucu ilə paylaşıbmı? |