Aleksandr Düma ilə birgə Azərbaycanda olmuş fransız rəssamı J.PMoynenin
Xurşidbanu Natəvanla görüşündən xatirə rəsmi
Qapqara saqqalı onun dişlərini daha ağ göstərirdi. Başına qıvırcıq quzu dərisindən tikilmiş gözəl papaq qoymuşdu. Uzun, qara çərkəzi çuxa geyinmişdi. Çuxaya qızıl sapla naxış vurulmuş, yaxasında ətrafı qızıl və gümüşlə haşiyələnmiş iki patrondaş, belində saf qızıldan olan gözəl kəmər vardı. Kəmərdən fil sümüyü və qızılla işlənmiş zərif bir xəncər asılmışdı, əynindəki şalvar İran qumaşından tikilmişdi. Dağlılar arasında dəbdə olan qumaş şalvarı dizdən aşağı sıxmışdı. Fransızca parislilərdən heç də pis danışmayan Xasay xan ləyaqətli adam idi. Mən onun mədəniyyətinə, ağlına, fransızca təmiz danışmağına heyran qalmışdım.
Xanımlar əvvəlcədən nahar etmələrinə baxmayaraq, məclisi tərk etmədilər. Onlar bizim söhbətimizə diqqətlə qulaq asırdılar. Deyilənləri onlara hərdənbir Xasay xan tərcümə etsə də, nahar başlanandan qurtarana qədər dilmancımız M.Piqulevskinin gözəl qızı idi.
Aleksandr Düma