Təlimatlar |
Qeydlər |
Oxu zamanı |
3. |
Mətnin necə təşkil edildiyinə fikir verin. Bəzən mətndə əvvəlcə hadisələrin başvermə səbəbləri
təqdim olunur, sonra isə həmin hadisələrin nə ilə nəticələndiyi göstərilir. Bəzən də hadisələr
əhəmiyyətlilik baxımından düzülür: əvvəlcə daha əhəmiyyətli məsələlər, sonra az əhəmiyyətli
məsələlər gəlir. Yaxud əksinə olur. Bunları bilmək sizə əsas ideyanı (fikri) dəstəkləyən kiçik
fikirlərin müəyyən edilməsində kömək edər.
|
|
4. |
İmkan olduqca əsərdəki hadisələri özünüzün və ya yaxınlarınızın həyatında baş vermiş hadisələrlə
əlaqələndirin.
|
|
5. |
Əgər nəyisə anlamadığınızı və ya səhv oxuduğunuzu hiss etsəniz, dayanın, yenidən oxuyun.
|
|
6. |
Mətndəki fikirlərin sxemini və ya cədvəlini çəkməyə çalışın.
|
|
Oxudan sonra |
1. |
Mətni oxudunuz. Dəqiqləşdirilməsinə və ya genişləndirilməsinə ehtiyac hiss etdiyiniz məsələləri
müəyyənləşdirin. Onlarla bağlı mətnə bir daha nəzər salın.
|
|