Ulu babalarımın min-min illik oylağı!
Doğmalardan doğmadır hər aranı, yaylağı,
Saflıq çeşmələridir Turşsu, İsa bulağı...
Havası qocanı da gənc edər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Gözlərinə ağ gələr bu yerdən pay umanın,
Yolunda qurban verər hər bir övladı canın.
Döyünən ürəyidir doğma Azərbaycanın.
Gündüzlər Qarabağda, gecələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Hikmət Ziya
Tapşırıq 2.
1. Fərdi şəkildə “Oxudan sonra” təlimatını yerinə yetirin (səh. 17).
Əsərin başlıca ideyasını müəyyən edin.
2. Gəldiyiniz nəticə barədə yoldaşlarınızla fikir mübadiləsi
apararkən öyrəndiyiniz yeni sözlərdən nitqinizdə istifadə edin.