Xatırlayırsınızmı?
Bədii təsvir vasitələri — bədii əsərin emosional təsir gücünü artıran məcazlardır. Bədii təsvir vasitələri daşıdığı vəzifəyə görə bədii ifadə vasitələrinə oxşayır. Onlar məcazi mənada işlənmiş ayrı-ayrı söz və ya ifadələrdən ibarət olur. Məcazlarda söz yalnız məcazi mənada işlənir.
Tapşırıq 4.
Oxuduğunuz əsərdəki bədii təsvir və ifadə vasitələrini, hisslərin və faktların təsvirinə aid nümunələri seçib cədvəli dəftərinizə çəkin və yerinə yetirin. Nəticələrinizi müzakirə edin.
Cədvəl 13
Abzas, bənd | Nümunə | Təsvir və ya ifadə vasitəsinin növü |
Bədii təsvir vasitələri (təşbeh, epitet) | ||
Bədii ifadə vasitələri (mübaliğə, bədii sual) | ||
Təsvir edilən hiss (görmə, eşitmə, qoxu, dad, təmas) | ||
Faktların (şəxs, zaman, məkan) təsviri | ||