Bunu bilməlisiniz!
Bədii sual əsərin emosional təsirini artırmaq üçün fikrin sual tərzində ifadə olunmasına deyilir. Adi qrammatik sualdan fərqli olaraq, bədii sualda cavab alıb hansısa məlumatı dəqiqləşdirmək məqsədi güdülmür.
Ey fəzalarda gülümsər əbədi şeri-xəyal,
O nə qüdrət? O nə həşmət? O nə ahəngi cəlal?!
Hüseyn Cavid
Mübaliğə sözünün lüğəvi mənası “şişirtmə” deməkdir. Təsvir edilən əşya və ya hadisənin mənası, gücü, ölçüsü şişirdilmiş şəkildə təqdim olunur. Bədii sual və mübaliğə bədii ifadə vasitələridir.
Mən dizimə döyüb zar-zar ağladım,
Çöllər göz yaşımdan gölmə-gölmədi.
Bəxtiyar Vahabzadə
Tapşırıq 2.
Əsərdəki mübaliğə və bədii sualları müəyyən edin. Həmin nümunələri verilən cədvəldə müvafiq sütunlara daxil edin.
Mübaliğə | Bədii sual |
Tapşırıq 3.
“Oxu və yazı prosesi” bəhsindən “Qarşılaşdırma-müqayisəetmə” cədvəli (səh. 20) ilə artıq tanışsınız. Həmin cədvəldən istifadə etməklə bədii təsvir vasitələri ilə bədii ifadə vasitələrini qarşılaşdırın. Onlar arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirin. Nəticələrinizi yoldaşlarınızın nəticələri ilə müqayisə edin.
Bunu bilməlisiniz!
Bədii ifadə vasitələri bədii əsərin tərkib hissəsidir. Daşıdığı vəzifəyə görə məcazlara oxşayır. Bütöv cümlə və ya misra şəklində ola bilər. Bədii ifadə vasitələrində sözün məcazi mənada işlənməsi zəruri deyil. Onlardan istifadə etməklə yazıçı fikrin təsir gücünü artırır.