Tapşırıq 2.
1. Verilən sxemdən istifadə etməklə əsərin ideyasını müəyyənləşdirin.
2. İdeya və məzmununu müəyyənləşdirdikdən sonra şeiri yenidən ifadəli oxuyun.
Tapşırıq 3.
“Oxudan sonra” təlimatına əməl etməklə əsər üzərində işi yekunlaşdırın (cədvəl 3, səh. 17).
Əliağa Kürçaylı
“Mən öz həyatımdan bir epizodu danışsam, bu bizim bütün nəslimizin, Səməd Vurğunun diqqət və qayğısı ilə tərbiyələnmiş nəslimizin taleyi hesab oluna bilər...
Mən 1947-ci ildə Gənc yazıçıların respublika müşavirəsinə gəlmişdim. Çıxış edəndə Səməd Vurğun sözümü kəsib harada oxuduğumu soruşdu. Dedim ki, oxumuram, fəhlə işləyirəm. O dedi:
- Fəhləliklə şairlik bir yerə sığmaz. Gəl sənədlərini universitetə ver.
Dedim ki, mən onuncu sinfi qurtarmamışam, məni universitetə götürməzlər...
Oradakılar məsləhət gördülər ki, mən rayona qayıdım, orta məktəbi bitirim, sonra gəlib universitetdə təhsilimi davam etdirim. Lakin şair razılaşmadı. Dedi:
- Mən bilirəm, bu, müsəlman balasıdır, getsə, gəlməyəcək.
Məni Bakıda gecə məktəbinə düzəltdilər. Lakin Bakıda mənim nə qalmağa yerim, nə də yeməyə çörəyim vardı. Səməd Vurğunun göstərişi ilə Yazıçılar İttifaqının üzvü olmadığım halda İttifaqın hesabına mənə mehmanxanada otaq tutdular və mən orada yaşayaraq gecə məktəbində oxudum”.